Bakıda sosial şəbəkə istifadəçilərini şantaj edən şəxs həbs edilib - FOTO

18:51 26.12.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Sosial şəbəkələrdə bir çox insanın şəxsi foto və videogörüntülərini ələ keçirərək onlardan pul tələb edən şəxs müəyyən edilib.

Hafta.az-ın xəbərinə görə, prokurorluq və polis əməkdaşları tərəfindən keçirilən əməliyyatla sosial şəbəkə istifadəçilərini şantaj edən Bakı şəhər sakini Kamran İsgəndərov saxlanılıb.

K.İsgəndərov barəsində Cinayət Məcəlləsinin 182.1-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanılaraq, barəsində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.